Accessibility links

Rusiya və Britaniya biri-birinin diplomatik heyətlərini ölkədən çıxarıb


Rusiya və Britaniya biri-birinin diplomatik heyətlərini ölkədən çıxarıb
Rusiya və Britaniya biri-birinin diplomatik heyətlərini ölkədən çıxarıb

Rusiya və Britaniya casusluq ittihamlarına görə biri-birinin diplomatik heyətlərini ölkədən çıxarıb. Britaniyanın xarici işlər naziri Vilyam Haq bildirib ki, Rusiyanın Londondakı səfirlik işçilərinin Rusiyanın kəşfiyyat xidməti ilə əlaqəsinə dair dəlillər əldə edildikdən sonra onların Rusiyaya qaytarılması istənilib. O deyib ki, Rusiya da keçən həftə Britaniyanın Moskvadakı səfirlik işçilərini ölkədən çıxarıb. Ölkələr arasında bu qarşıdurma 25 yaşlı rus qadının həbsindən sonra yaranıb. Britaniya parlamentinin Müdafiə Komitəsinin üzvü Çayk Hankokun yardımçısı Katya Zatuliveter casusluqda ittiham edilir. Hazırda o,deportasiyasını gözləyir.

XS
SM
MD
LG