Accessibility links

Azadlıq radiosunun veteran reportyoru Rusiyada korrupsiya və avtoritarizmin kəskin tənqidçisi kimi tanınır

Rusiya soyuq müharibə metoduna əl ataraq, Moskvada çalışan amerikalı jurnalistə giriş vizası verməkdən imtina edib.

Azadlıq radiosunun veteran reportyoru olan David Satter viza tələbinin dekabr ayında qarşılandığı barədə məlumat aldığını deyib. Lakin daha sonra Rusiyanın Ukraynadakı səfirlik rəsmisi jurnalistə “əlaqədar orqanlar”ın onun Rusiyadakı mövcudluğunu “arzuedilməz” hesab etdiklərini bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyi jurnalistin 5 il ölkəyə daxil olmasının yasaqlandığını bildirib. Nazirliyin bəyanatında deyilir ki, Satter noyabr ayının 21-də çoxgiriçli viza almadan ölkəyə daxil olub və noyabrın 22-dən 16-dək Rusiyada qanunsuz qalıb.

Noyabr ayının 29-da məhkəmə onun cərimələnməsi və deportasiyasına dair hökm çıxarıb.

Rusiyada korrupsiya və avtoritarizmin kəskin tənqidçisi kimi tanınan Satter Amerikanın səsinə bildirib ki, Rusiya rejimi etimadını itirməkdədir.

1970-ci illərdə Financial Times qəzetinin Moskva müxbiri olan Satter “Sübh qaranlığı: Rusiya kriminal dövlətinin yaranması” kitabının müəllifidir.
XS
SM
MD
LG