Accessibility links

Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri vəzifələrindən azad edilib

  • Nərminə Cəlalqızı

Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri vəzifələrindən azad edilib

Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri vəzifələrindən azad edilib

Rusiya prezidenti Dmitri Medvedev Xarici İşlər Nazirliyinin 10 yüksək rütbəli işçisini vəzifədən azad edib. Kremlin bu gün açıqladığı bəyanatda bildirilir ki, nazirliyin Qanun İnstitutunun başçısından əlavə, daxili işlər üzrə bütün regional rəhbərlər vəzifələrindən azad olunub. Kreml həmin şəxslərin vəzifələrindən hansı səbəblər üzündən azad edildiyini bildirməsə də, media nazirliyin yenidən strukturlaşdırılmasını əsas gətirir.

Dünən cənab Medvedev baş nazirin müavini İqor Seçini nəhəng Rosneft neft şirkətinin idarə heyətindən kənarlaşdırıb. Deyildiyinə görə məqsəd biznesin siyasətdən ayrılmasıdır.

XS
SM
MD
LG