Accessibility links

Rusiyada "xarici agent" adlandırılan qaçqınlara yardım mərkəzi dəstəyini itirib [Video]


Rusiya dövlət orqanları “xarici agentlər” qanunundan istifadə edərək beynəlxalq qurumlardan maliyyə alan və ya siyasi motivli hesab edilən fəaliyyətlərlə məşğul olan qrupları cəzalandırır. Bu qeyri-müəyyən qanuna əsasən bu cür fəaliyyətlər Rusiya dövlətinə xəyanət və ya casusluq etməyə bənzəyir. Qanun əksəriyyəti xeyriyyə təşkilatları olmaqla, 100-dən çox təşkilata qarşı tətbiq edilib və nəticədə çoxu bağlanıb, ya da fəaliyyətlərini məhdudlaşdırıb.​Bununla üzləşən ən son təşkilatlardan biri də qaçqınlara yardım göstərən bir qrupun hissəsi olan Qaçqın Uşaqlar üçün Tədris Mərkəzidir.

Bu vəziyyət yayda Vətəndaşlara Yardım Komitəsi “xarici agent” olmaqda ittiham ediləndən sonra yarandı. Həmin həftə bizə məktub gəldi və bildirildi ki, biz fəaliyyət göstərdiyimiz məkanı üç ay ərzində boşaltmalıyıq. Bu, təsadüf deyil. Ola da bilməz.

Könüllülər tərəfindən tədris olunan Rusiya mədəniyyəti və adətləri dərsində qaçqın uşaqlar Moskvanın xəritəsini çəkir. Bu layihə Vətəndaşlara Yardım Komitəsi qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilir.

Amma Əfqanıstan, Konqo, Suriya və digər yerlərdən qaçan uşaqların inteqrasiya olunmalarına yardım edən bu sinif otağı müvəqqətidir. Məsələn, bu dərs dulusçuluq emalatxanasında keçirilir.

“Bu vəziyyət yayda Vətəndaşlara Yardım Komitəsi “xarici agent” olmaqda ittiham ediləndən sonra yarandı. Həmin həftə bizə məktub gəldi və bildirildi ki, biz fəaliyyət göstərdiyimiz məkanı üç ay ərzində boşaltmalıyıq. Bu, təsadüf deyil. Ola da bilməz.”

Qrupun Qaçqın Uşaqlar üçün Tədris Mərkəzi fevral ayında 20 ildir fəaliyyət göstərdikləri məkandan heç bir açıqlama olmadan məcburi çıxardılıb.

Rusiya dövlət orqanları qrupa “xarici agent” damğasını vurub. Bu termin isə dövlətə sədaqətsizliyi ifadə edir. Bu damğa həmçinin qrupun maliyyə dəstəyinə baha başa gəlib.

“Bu fond uzun müddətdir bizə yardım edirdi. Sonra onlar zəng etdilər və açıq-aydın “Xarici Agentler Reyestrinə daxil edilib-edilmədiyimizi soruşdular. İki gün sonra da bizə onlardan mərkəzə maliyyə yardımını dayandırdıqlarına dair bir məktub gəldi."

Qaçqın uşaqlar

Qaçqın uşaqlar

Mərkəz 1990-cı illərdə Çeçenistanda gedən müharibədə didərgin düşən uşaqlara yardım etməklə fəaliyyətə başlayıb. Daha sonra mərkəz böyüyərək mümkün qədər çox qaçqın uşağın cəmiyyətə inteqrasiya edə bilməsi üçün rus dilini öyrətməyə başlayıb.

“Təəssüf ki, biz onlar üçün yeganə çıxış yoluyuq. Bu uşaqlar arasında məktəbə gedənləri çox güman ki, məktəbi atacaq. Onlar burdakı yardımı ala bilməsələr, böyük çətinliklərlə üzləşəcəklər və heç kəs onlara doğru istiqamətdə qalmağa yardım etməyəcək. “

Buradakı qaçqınlar da Olgayla həmfikirdir.

“Bu insanlar olmasa, məncə, mən Moskvaya niftət edərəm. Bura çox darıxdırıcı olar,” deyə yəmənli qaçqın Aamir bildirir.

Resurslarının azalmasına baxmayaraq, mərkəzdəki könüllülər nikbinliklərini qoruyurlar.

Onlar deyir ki, nə qədər müvəqqəti olsa da, dərs keçməyə yerləri olduğu müddətdə onlar qaçqın uşaqlar üçün dərsləri davam etdirəcək.

XS
SM
MD
LG