Accessibility links

Rusiya xarici QHT-lərdə yoxlamalara başlayır


Rusiya parlamentinin yuxarı palatası 12 qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı araşdırmaya başlanmasına çağırıb. Çağırışda deyilir ki, onların yeni qəbul olunmuş qanuna əsasən ölkədəki mövcudluqlarının "arzuolunmaz hesab edilib-edilmədiyi" müəyyən olunmalıdır.

Federasiya Şurası Rusiyanın Xarici və Ədliyyə Nazirlikləri, eləcə də Baş Prokurorluğundan 12 QHT-nin fəaliyyətini yoxlamağı rəsmən istəyib. Yoxlama yeni qanuna əsasən tələb olunur.

Qanuna əsasən "arzuolunmaz" QHT-lərin Rusiya daxilində fəalliyyəti və Rusiya təşkilatlarının onlardan maliyyə alması qadağan olunur.

May ayında prezident Vladimir Putin prokurorlara Rusiyanın konstitusional sisteminə təhlükə hesab olunan fəaliyyətlərlə məşğul olan xarici və beynəlxalq QHT-ləri "arzuolunmaz" bəyan etməyə icazə verən qanuna imza atıb.

XS
SM
MD
LG