Accessibility links

Mixail Xodorkovski Berlinə gəldi


Berlinin Schoenefeld hava limanında Almaniya xarici işlər naziri Hans-Ditrix Genşer Yukos neft şirkətinin sabiq rəhbərini qarşılayır. 20 dekabr, 2013.

Berlinin Schoenefeld hava limanında Almaniya xarici işlər naziri Hans-Ditrix Genşer Yukos neft şirkətinin sabiq rəhbərini qarşılayır. 20 dekabr, 2013.

Rusiyalı neft maqnatı Mixail Xodorkovski həbsxanadan çıxdıqdan sonra berlinə gəlib. Rusiya prezidenti Vladimir Putin onu əvf etdikdən bir neçə saat sonra Xodorkovski Rusiyanı tərk edib.

Yukos neft şirkətinin sabiq rəhbərini Berlinin Schoenefeld hava limanında Almaniya xarici işlər naziri Hans-Ditrix Genşer qarşılayıb.

Açıqladığı bəyanatda Xodorkovski ailə şəraiti ilə bağlı Rusiya prezidentinə əvf ərizəsi yazdığını və buna müsbət cavab aldığını bildirib. "Günahın etiraf edilməsi məsələsinə toxounulmayıb," deyə Xodorkosvki əlavə edib.

Xodorkovskinin anası hazırda Almaniyada müalicə olunur.

Rusiya prezidentinin Mixail Xodorkovskinin əfvinə dair fərmana imza atmasından bir necə saat sonra neft maqnatı azadlığa buraxılmışdı.

Dünən müxbirlərlə söhbəti zamanı Vladimir Putin deyib ki, Xodorkosvski anasının xəstəliyi səbəbi ilə əfv edilməsini istəyib. Rusiyanın dövlət başçısı Xodorkovskinin 10 ildən artıq həbsdə və bunun uzun bir müddət olduğunu deyib.

2003-cü ildən bəri həbsdə olan Xodorkovski fırıldaqçılır, vergilərdən yayınma, çirkli pulların yuyulması və digər ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Kremlin qatı tənqidçilərindən olan bu zəngin şəxsin həbsinin siyasi motivlərə əsaslandığı iddia edilirdi.
XS
SM
MD
LG