Accessibility links

ABŞ-ın yeni sanksiyaları Putini məyus edib


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın mümkün yeni sanksiyaları ilə bağlı məyusluğunu ifadə etsə də, cavab addımları haqqında danışmağın hələ tez olduğunu bildirib.

“Şübhəsiz ki, bu, Rusiya-Amerika münasibətlərini mürəkkəbləşdirəcək. Düşünürəm ki, bu ziyanlı bir addımdır.” Bu sözləri Rusiya prezidenti şənbə günü RIA informasiya agentliyinə bildirib.

ABŞ Senatı böyük səs üstünlüyü ilə Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsi, insan hüquqları sahəsində yol verdiyini pozuntular, kiberhücumlar və Suriya hökümətini silahla təmin etməsi kimi addımları cəzalandırmasını nəzərdə tutan sanksiyaların lehinə səs verib.

Çərşənbə günü Senatda təsdiq edilən sanksiyaların qüvvəyə minməsi üçün Nümayəndələr Palatası tərəfindən təsdiqi edilməli və prezident tərəfindən imzalanmalıdır. Məhz buna görə, Putin hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləmək lazım olduğunu bildirib.

Ağ Ev prezident Trampın yeni sanksiyaları imzalayacağı, yoxsa veto edəcəyi ilə bağlı fikir bildirməyib. Lakin bu həftə Konqresdə ifadə verən dövlət katibi Reks Tillerson Rusiyaya ilə münasibətlərin gərginləşməsinin faydalı olmayacağını haqda xəbərdarlıq etmişdi.

Rusiyanın Senatdakı əsas tənqidçisi, respublikaçı senator Con Makkeyn bildirib ki, Rusiyanı cəzalandırmasında “vaxt itkisinə” yol verilməməlidir. O əlavə edib ki, ABŞ Putinə sərt “demokratiyaya hücumlara göz yumulmayacağı mesajı” verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG