Accessibility links

Rusiya “Yukos”un işi ilə bağlı 50 milyard dollar ödəməlidir


Yukos
Yukos

Haaqada Beynəlxalq Arbitraj məhkəməsi Moskvanın fəaliyyəti dayandırılmış “Yukos” şirkətinin aktivlərinin mənimsənilməsinə görə səhmdarlara 50 milyard dollar məbləğində təzminat ödəməsi haqda qərar qəbul edib. Səhmdarlar 100 milyard dollar zərərin ödənilməsini istəyiblər.

Haaqada Daimi Arbitraj Məhkəməsinədə iddia Menatep Group şirkəri tərəfindən təqdim edilib. Rusiyanın bir zamanlar ən zəngin adamı olan Mixail Xodorkovski “Yukos”a bu şirkət vasitəsilə nəzarət edib.

Mixail Xodorkovski hazırda holding şirkəti kimi fəaliyyət göstərən GML-in səhmdarı deyil.

Məhkəmə “Yukos”a qarşı kampaniyanın siyasi motivlərə əsaslandığını bildrirərək, Rusiya məhkəmələrinin “ölkənin icraedici rəsmilərinin şirkət müflis etmək və siyasi rəqib ola biləcək şəxsin həbsə salınması istəyini yerinə yetirdiyini bildirib.

2003-cü ildə prezident Vladimir Putinin başçılıq etdiyi Rusiya hökuməti Xodorkovskinin sahibi olduğu “Yukos” şirkətinə qarşı vergidən yayınmaq ittihamları irəli sürmüşdü. Rusiya hökuməti Mixail Xodorkovskini həbs etmiş və “Yukos” un aksiyalarını ələ keçirmişdi. Xodorkovski 10 il həbs cəzasını çəkdikdən sonra azad edilmişdir.

Məhkəmə on ilə yaxındır keçirilən dinləmələrdən sonra qərar çıxarıb. Arbitrar məhkəmənin qərarı Moskva və Niderland arasında münasibətlərin 200 Niderland vətəndaşı da daxil olmaqla 298 sərnişinlə uçan Malayziya təyyarəsinin Ukrayna üzərində vurulmasından sonraya təsadüf edir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın məhkəmənin qərarını apellyasiya edəcəyini bildirib.

XS
SM
MD
LG