Accessibility links

Rusiya Yunanıstanı özunə cəlb edir [Video]


Aleksis Tsipras Moskvaya səfər edib

Yunanıstanın avropalı kreditorlarla çətin danışıqlar apardığı bir dövrdə, baş nazir Aleksis Tsiprasın Moskvaya səfəri ölkəsini Rusiyaya yaxınlaşdırmaq cəhdi kimi görünür. Çərşənbə günü Yunanıstan liderini qonaq qəbul edən Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının Yunanıstanı Ukraynadakı təcavüzünə görə Rusiyanı əleyhinə səs verməyə məcbur etdiyini vurğulayıb. Görüş zamanı iki lider ticarəti müzakirə etsələr də, Rusiyanın maddi xilas paketi ilə bağlı vədləri olmayıb.

Yunanıstan bizdən heç bir yardım istəməyib. Biz iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı müzakirə etmişik və buna böyük enerji layihələrinin həyata keçirilmə ehtimalları daxildir

Yunanıstan iflasa doğru getdiyi üçün baş nazir Aleksis Tsiprasın Mosvaya maddi yardım istəmək üçün getdiyi spekulyasiya olunurdu.

Amma Rusiya prezidenti bunun belə olmadığını deyib.

“Yunanıstan bizdən heç bir yardım istəməyib. Biz iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı müzakirə etmişik və buna böyük enerji layihələrinin həyata keçirilmə ehtimalları daxildir”.

Hər iki lider Avropa İttifaqının tətbiq etdiyi sanskiyalardan sonra 40 faiz azalan ikitərəfli ticarətin bərpa olunmasını istəyir. Ancaq cənab Putin Yunanıstanın iqtisadi böhranından sui-istifadə etməyəcəyini deyib.

“Mən sizi əmin etmək istəyirəm ki, biz bütovlükdə Avropa ilə münasibətimizi bərpa etmək üçün Avropa İttifaqında baş verən heç bir vəziyyətdən sui-istifadə etməyəcəyik”.

Yunanıstan Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu kreditorları ilə çətin vəziyyətdədir. Onlar 260 milyardlıq xilas paketinin növbəti ödəməsinin müqabilində daha dərin iqtisadi islahatlar tələb edir.

Aleksis Tsipras və Vladimir Putin

Aleksis Tsipras və Vladimir Putin

Afinanın Moskva ilə yaxınlığı poker oyunun bir hissəsidir, deyə Henry Jackson Cəmiyyəti siyasi qrupunun əməkdaşı Andrew Foxall bildirir.

“Bizim müşahidə etdiyimiz odur ki, Yunanıstan Avropa Birliyinə iqtisadi qurtarma paketinin qarşılığında iyulda keçiriləcək səsvermədə sanksiyaların əleyhinə səs verə biləcəyini göstərir. Amma mən Yunanıstanın həqiqətən də bunu edəcəyini düşünmürəm”.

Avropa Birliyi Yunanıstana Avropanın Rysiyanın Ukraynadakı hərbi müdaxiləsinə qarşı sərgilədiyi mövqe ilə həmrək olması ilə bağlı xəbərdarlıq edib. Foxall isə Afinanın təhlükəli oyun oynadığını deyir.

“Rusiya ilə əldə olunan hər bir razılıq Yunanıstana zərər verəcək”.

Ancaq Yunanıstanın cari əməliyyatlar tarazlığının əldə olunması üçün xarici investisiyaya təcili ehtiyac var, deyə London Kral Kollecinin professoru Emanuel Kagiannies bildirir.

Rusiyanın illər boyu tətbiq etdiyi strategiyaya Avropanı bölərək, zəif üzv ölkələri idarə etmək daxildir

“Uzun illərdir Rusiyalı investorlar Yunanıstan iqtisadiyyatının enerji və nəqliyyat kimi müəyyən sahələrinin xaricində tutulurdu. Buna səbəb isə Avropa İttifaqının Rusiyanın Balkanlardakı fəaliyyəti kimi məsələlərlə bağlı şübhələridir”.

Prezident Putin bir sıra şərqi Avropa ölkələri ilə sazişlər imzalayıb. Yunanıstan, Macarıstan və Sebiya Türkiyəyə gedəcək Rusiya qaz borusu layihəsini təsdiq ediblər. Moskva Kiprə 2.5 milyard dollarlıq istiqraz verib və bəzi Avropa Birliyi ölkələrindən kənd təsərrüfatı idxalına tətbiq etdiyi qadağaları aradan qaldıra biləcəyini bildirib.

“Rusiyanın illər boyu tətbiq etdiyi strategiyaya Avropanı bölərək, zəif üzv ölkələri idarə etmək daxildir".

Ancaq təhlilçilər deyir ki, Rusiyanın imkanları öz maliyyə böhranına görə məhduddur və Moskva Avropanın zəif iqtisadiyyatlarına əlavə yardımdan başqa heç nə edə bilməz.

XS
SM
MD
LG