Accessibility links

Azərbaycan-Rusiya forumu keçirilir


V Azərbaycan-Rusiya forumu
V Azərbaycan-Rusiya forumu

Forumunda Rusiyanın 25 federal subyektinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir

Azərbaycanın Qəbələ şəhərində (Bakıdan 210 kilometr şimal-qərb) “Regionlararası əməkdaşlıq və yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya forumu açılıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq əmtəə dövriyyəsində də əksini tapıb – hazırda bunun səviyyəsi 2,6 milyard dollar təşkil edir.

“Azərbaycan Rusiyanın 78 federal subyekti ilə fəal əməkdaşlıq edir”, Mustafayev bildirib.

Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiyanın 25 federal subyektinin və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini bildirib. “Forum regional əlaqələrin inkişafına, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının genişlənməsinə yeni perspektivlər açacaq”, o qeyd edib.

İqor Slyunyayevin sözlərinə görə potensialın genişləndirilməsi üçün imkanlar var. “Bu, ilk növbədə aqrar sənaye kompleksi, turizm və qarşılıqlı investisiyalara aiddir”.

Forumda bir sıra saziş və razılaşmanın imzalanması gözlənilir. 2014-cü il iyunun 23-nə olan vəziyyətə görə, Azərbaycanla Rusiya arasında 160-dan çox sahə üzrə sənəd imzalanıb. Onların 40-ı iqtisadiyyata aiddir.

Azərbaycan Rusiyaya ixracın həcminə görə 3-cü, idxalın həcminə görə 1-ci yeri tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG