Accessibility links

Moskvada yeni diaspor təşkilatının yaradılması nəyə xidmət edir!


Moskva şəhəri, Kreml

Moskva şəhəri, Kreml

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi yeni təşkilatın yaradılmasını artıq hesab edir. Yeni təşkilata daxil olan insanlar ən zəngin azərbaycanlılar sırasına daxildir.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bəyanatla çıxış edərək Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) yaradılmasını pisləyib. Dövlət Komitəsi yeni təşkilatın yaradılmasını artıq hesab edir.

Belə ki, 2011-ci ildə Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yaradılıb. Bu qurumun Rusiyanın 67 subyektində 73 regional bölməsi var, Azərbaycanın dünyada ən nüfuzlu və güclü diaspor təşkilatlarından biridir. Bu barədə Diaspor Komitəsinin məlumatında deyilir.

ÜAK azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyasında, Rusiyadakı həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması sahəsində böyük iş görür.

Dövlət Komitəsi RATİ-nın yaradılması “RF-də yaşayan soydaşlarımızın birliyinə və həmrəyliyinə xidmət etməyən addım”
kimi qiymətləndirib.

Dövlət Komitəsinin bəyanatını rəsmi Bakının Azərbaycan diasporunun nüfuzunun itirilməsi ilə bağlı narahatlığı kimi qiymətləndirmək olar.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 2 mln. azərbaycanlı yaşayır və onlar vətənlə sıx bağlıdır. Rəsmi Bakının nəzarətindən kənarda bu adamların yeni qurumun ətrafında birləşməsi başqa nəticələrə səbəb ola bilər. Əsasən bu qüvvə Azərbaycanda siyasi proseslərə təsir göstərə bilər.

Qeyd edək ki, RATİ-nin yaradıcıları arasında oliqarxlar və tanınmış ictimai xadimlər var: Abbas Abbasov (baş nazirin keçmiş müavini), Söyün Sadıqov (“Azərros”un rəhbəri), Natiq Ağamirov (Rusiya notarial kontorları Gildiyasının prezidenti), Rüstəm İbrahimbəyov (kinodramaturq və kinorejissor), Vahid Ələkpbərov (LUKoyl-un prezidenti), Araz Ağalarov (“Krokus” holdinqin rəhbəri), Telman İsmayılov (“AST” holdinq), iş adamı İsgəndər Xəlilov, həmçinin Dövlət Dumasının deputatı, dağıstanlı Ramazan Abdullatipov. Bu insanlar Azərbaycanın ən zəngin insanları sırasına daxildir. Onların bir neçəsi hətta Rusiyada 100 varlı insan sırasındadır.
XS
SM
MD
LG