Accessibility links

Rusiya təyyarələri Suriyaya İrandan uçacaq


Rusiya Müdafiə Nazirliyi Suriyaya uçuşlar etmək və İŞİD-in mövqelərini bombalamaq məqsədilə Həmədan aviabazasından istifadə üçün İran hökumətinin razılığını alıb. Bu barədə avqustun 16-da “Rusiya 24” telekanalı məlumat yayıb.

Öz növbəsində İran KİV bu məlumatı təsdiqləyərək bildirib ki, İranda təyyarələrin dislokasiyası uçuşların vaxtını 60% qısaltmğa imkan verəcək.

Bundan öncə “İnterfaks” agentliyi bildirib ki, Rusiya Müdafiə Nazirliyi İraq və İrana müraciət edərək qanadlı raketlərin onların hava məkanında uçmasına icazə verilməsini xahiş edib. Hər iki ölkənin hökumətlərindən bu icazə alınıb və yaxın vaxtlarda hərbi təlimlər çərçivəsində Xəzər və Aralıq dənizi akvatoriyasından “Kalibr” raketinin buraxılışı olacaq.

Rusiya donanmasının Xəzərdə manevrləri avqustun 15-də 20 gəminin iştirakı ilə başlayıb. Onların arasında “Dağıstan”, “Tatarıstan” raketdaşıyan gəmiləri var.

Gözlənildiyi kimi, bu gün gəmilər dənizin Azərbaycan sektorundan yan keçərək İran sahillərinə gedəcək və raket buraxılışları həyata keçiriləcək.

Ötən il həmin gəmilərdən dənizin İran sektorundan Suriyaya raket hücumları edilmişdi. 2015-c ilin noyabrında İŞİD-in Raqqa, İdlib, Hələb, Deyr-ez-Zor vilayətlərindəki hədəflərinə 18 qanadlı raket buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG