Accessibility links

Rusiya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı razılığa gəlib [Video]


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Son günlər Azərbaycan kənd təsərrüfatı məhsulları mənşə ölkəsinin düzgün olmaması iddiası ilə Rusiyaya buraxılmırdı

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunub.

“Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir”, məlumatda qeyd edilir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Aydın Əliyevin Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub.

Mətbuat xidməti bildirir ki, razılığa əsasən qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiyaya göndərilməsi tam təmin olunacaq.

Yerli medianın məlumatlarına görə, problem Rusiya tərəfinin Türkiyə kənd təsərrüfatı məhsullarının ölkəyə girişinə qadağa qoymasından sonra yaranıb. Belə ki, Rusiya Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarının mənşəyi ilə bağlı setifikatlarının olmasına baxmayaraq, bəzi hallarda malların mənşə ölkəsinin Türkiyə olduğunu iddia edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG