Accessibility links

Ekspertlər Rusiyada yaşayan azərbaycanlıların bu rəqəmdən bir neçə dəfə çox olduğunu bildirir

Rusiya Federal Miqrasiya Xidməti ölkədə qeydiyyatda olan əcnəbilərin sayını açıqlayıb.

ANS PRESS agentliyinin məlumatına görə, Azərbaycanlılar Rusiya Federasiyasında qeydiyyatdan keçən əcnəbilərin sayına görə beşinci yerdədir.

Məlumatda bildirilir ki, Rusiya ərazisində 11 milyon 280 min 975 əcnəbi qeydiyyatdan keçib. Onların əksəriyyəti Özbəkistan vətəndaşlarıdır.

Bu ölkədə yaşayan azərbaycanlıların sayı 629 min 931, Özbəkistan vətəndaşlarının sayı – 2 milyon 621 min 843 nəfər, ukraynalıların sayı 1 milyon 605 min 85, Tacikistan vətəndaşlarının sayı 1 milyon 193 min 589, Qırğızıstandan olanlar 671 min 716, Qazaxıstan vətəndaşlarının sayı 615 min 190, moldovalılar 561 min 155, Ermənistan vətəndaşlarının sayı 492 min 278, belarusların sayı 377 min 617, Türkmənistan vətəndaşlarını sayı isə 27 min 240 nəfərdir.
Xidmətin məlumatına görə, Azərbaycandan olan vətəndaşlar arasında kişilərin faiz nisbəti qadınlardan xeyli çoxdur: 68,6 % kişilər, 31,2 % isə qadınlar təşkil edir.

Lakin ekspertlər hesab edirlər ki, bu rəqəmlər heç də reallığı əks etdirmir. Rusiyada olan azərbaycanlıların sayı rəsmi qeydiyyatdan keçənlərin sayından bir neçə dəfə çoxdur.
XS
SM
MD
LG