Accessibility links

Sentyabrın 5-də Rusiyanın Cənub hərbi dairəsi ərazisində 12,5 min hərbiçinin iştirakı ilə “Qafqaz-2016” strateji komanda-qərargah təlimləri başlayıb. Təlimlər zamanı yeni silah və texnika növlərinin sınaqdan çıxarılması planlaşdırılır. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qafqaz-2016” təlimi sentyabrın 5-dən 10-na qədər Cənub hərbi dairəsinin poliqonlarında, Qara dəniz və Xəzər dənizi hövzələrində keçiriləcək”, məlumatda qeyd edilir.

Bu il bu, Rusiyanın Xəzərdə bilavasitə Azərbaycanla sərhəddə, habelə dənizin Rusiya sektorundan kənar hövzədə keçirdiyi üçüncü təlimdir. Əvvəlki təlimlərdə Rusiya gəmiləri İran sahillərinə doğru hərəkət edib, oradan Suriyadakı hədəflərə orta məsafəli raketlər buraxıblar.

Show comments

XS
SM
MD
LG