Accessibility links

Azərbaycan Rusiyadan turist cəlb etmək istəyir


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsi rusiyalı turistlərin Türkiyəyə az səfər etməsinə gətirib çıxaracaq. Azərbaycan bu proseslərə mütləq reaksiya verməlidir.

Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyanın Türkiyəyə gedişə viza tətbiqi və vətəndaşlarının Türkiyənin istirahət mərkəzlərinə gedişinin məhdudlaşdırılması ilə bağlı qərarı barədə jurnalistlərin suallarının cavabında bildirib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün çox önəmli turizm nümunəsidir:

"Belə gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz də vəziyyəti nəzərə alıb bu istiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası və "AZAL"la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Bu gün nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik".

Nazir bildirib ki, ölkəsi Rusiya bazarında Azərbaycan turizminin layiqincə təmsil olunmasında maraqlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG