Accessibility links

Rusiyada 7500 ekstremist internet saytı fəaliyyət göstərir


Rusiyada 7500 ekstremist internet saytı fəaliyyət göstərir
Rusiyada 7500 ekstremist internet saytı fəaliyyət göstərir

Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev bildirib ki, hazırda Rusiyada 7500 ekstremist internet sayt fəaliyyət göstərir və belə saytların fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlər işlənib hazırlanmalıdır.

Daxili işlər naziri bu açıqlamanı çərşənbə günü Xabarovsk şəhərində ekstremizmlə mübarizə üzrə şöbələrarası komissiyanın iclasında verib. Nazir bildirib ki, federal media qanunu artıq dəyişdirilib və internet saytları müəyyən məqamlarda kütləvi informasiya vasitəsi hesab olunurlar. Onun sözlərinə görə, media həmçinin ekstremizmlə mübarizədə müsbət rol oynaya bilər.

Nurqaliyev deyib ki, Rusiyada hazırda 10 əsas dini sekta fəaliyyət göstərir və onlarla bağlı əsas narahatlıq bundan ibarətdir ki, sekta üzvləri adətən ailələrini tərk edirlər, heç bir sosial bağlılıq saxlamırlar və cinayət törədirlər. Nurqaliyev vurğulayıb ki, bu sektaların fəaliyyətini monitorinq etmək və onların cinayətkarlığının qarşısını almaq lazımdır.

XS
SM
MD
LG