Accessibility links

Putin hökuməti dissidentləri hədəf alıb


Rusiyada fərqli düşüncə sahiblərinə qarşı saxta ittihamlar irəli sürülməkdədir

Kremlin fərqli düşüncə sahiblərinə qarşı basqılarının son əlaməti olaraq Rusiya rəsmiləri tanınmış müxalifət fəalı Aleksey Navalnıya qarşı oğurluq ittihamı irəli sürüblər.

Navalnıy 2009-cu ildə yerli icra hakiminin məsləhətçisi vəzifəsində çalışarkən dövlət ağac şirkətindən ümumi dəyəri 500.000 dollar olan hissə sənədlərinin oğurlanması hadisəsində iştirak etməkdə ittiham olunur. Ona Rusiyada qalmaq əmri verilib.

Navalnıy ittihamları rədd edərək, jurnalistlərə bildirmişdir ki, “ittiham absurd və çox qəribədir”, çunki bu, rəsmilər tərəfindən təqdim olunub. O qeyd edib ki, ittihamın mahiyyəti əvvəlkindən fərqli olaraq tamamilə dəyişdirilmişdir.

İlk başda rəsmilər Navalnını beş il həbs cəzasına məhkum edən başqa ittihamla təqsirləndirirdilər. İndi isə təqsirli bilinəcəyi təqdirdə o, 10 il həbs cəzasına məhkum olunacaq.

Çərşənbə axşamı xuliqanlıqda ittiham olunan Rusiya qadın pank musiqi qrupunun üç üzvü məhkəmə proseslərinin ikinci günü Moskvada məhkəmə qarşısına çıxarılıb.
Hər üçü 20 yaş aralığında olan musiqiçilər bu ilin əvvəlində Moskva kilsəsində Rusiya lideri Vladimir Putin əleyhinə musiqi ifa ediblər. Qızlar onlara qarşı irəli sürülən ittihamın dissidentlər arasında qorxu yaymaq məqsədi daşıdığını deyib.

Təqsirli bilindikləri təqdirdə qızları yeddi ilə kimi həbs cəzası gözləyir. Hüquq müdafiəçiləri bu cəzanın müvafiq olmadığını bildirirlər.
XS
SM
MD
LG