Accessibility links

Rusiyanın cənubunda rəsmilər deyir ki, intiharçı qadının Şimali Qafqaz regionu yaxınlığında Volqoqrad şəhərinin dəmir yol vağzalında bomba partlatması nəticəsində 14 nəfər həlak olub, onlarla insan yaralanıb.

Rusiya Təhqiqatlar Komitəsinin sözçüsü Vladimir Markinin sözlərinə görə, görə intiharçı bombanı bu gün səhər şəhərin əsas Qatar dayanacağının girişində metal detektorunun qarşısında işə salıb.

Volqoqrad, Rusiya

Volqoqrad, Rusiya

Rəsmilər deyir ki, 10 kiloqramdan çox partlayıcı maddə ilə həyata keçirilən hücum nəticəsində ən azı 40 nəfər yaralanıb.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ancaq İnterfaks xəbər agentliyinin məlumatına görə, şübhəli intiharçının başı partlayış olan yerin yaxınlığından tapılıb və bu, onun kimliyinin tez bir zamanda müəyyən olunmasına kömək edəcək.

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarına təhlükəsizlik tədbirlərini artırmaq göstərişi verib.

Hücumun baş verdiyi Volqoqrad şəhəri Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçi şəhərində 650 kilometr aralıda yerləşir.
XS
SM
MD
LG