Accessibility links

Rusiyada jurnalist qəddarcasına döyülüb


Rusiyada jurnalist qəddarcasına döyülüb
Rusiyada jurnalist qəddarcasına döyülüb

Rusiya prezidenti Dmitri Medvedev jurnalistin qəddarcasına döyülməsinə dair təhqiqat aparılmasına çağırıb

Rusiya prezidenti Dmitri Medvedev jurnalistin qəddarcasına döyülməsinə dair təhqiqat aparılmasına çağırıb. Şənbə günü nüfuzlu Komersant qəzetinin müxbiri Oleq Kaşinin dəmir çubuqla döyülməsini göstərən video Rusiyanın internet səhifələrində yerləşdirilib. Kaşinin ayaqları, barmaqları, çənə və kəllə sümüyü sınmış bir halda, koma vəziyyətində küçədə atılıb qalmışdır. Bu gün Cənab Medvedev vəzifəsindən asılı olmayaraq, cinayətin arxasında dayananların cəzalandırılacağını bildirib. Rusiya liderinin bu dəfəki mövqeyi əvvəllər jurnalistlərin qətllərilə əlaqədar rəsmilərin susması ilə təzad təşkil edir. Ikinci müxbir Anatoly Adamçik bazar ertəsi Moskva kənarında qəzetin yerləşdiyi binanın həyətində vəhşicəsinə döyülüb. Avropa İttifaqı hücuma dair narahatlığını bildirib.

XS
SM
MD
LG