Accessibility links

Rusiyadan "Maqnitski" siyahısına oxşar cavab


Rəsmi Moskva Rusiya torpaqlarına ayaq basmasına qadağa qoyulan 18 amerikalının siyahısını açıqlayıb. Bu addım Vaşinqtonun dünən açıqladığını siyahıya cavab xarakteri daşıyır.

Moskva rəsmilər deyir ki, Birləşmiş Ştatlar ikitərəfli əlaqələrə və ortaq inama güclü zərvə vurub.

Rusiyanın açıqladığı siyahıda keçmiş Corc Buş administrasiyasının iki rəsmisi və ABŞ-ın Kubadakı Quantanamo təcridxanasının iki sabiq komandiri daxildir.

Qeyd edər ki, dünən ABŞ rus hüquqşünas Serqey Maqnitskinin həbsi və mübahisəli ölümü ilə bağlı 18 nəfərə sanksiyalar tətbiq edib. Bu, ötən ilin dekabr ayında qəbul edilən "Maqnitski" qanununa görə həyata keçirilib.

Adı siyahıda olan 18 nəfərə viza qadağası tətbiq olunacaq və əmlakları dondurulacaq.
XS
SM
MD
LG