Accessibility links

Rusiyada Milli Birlik Günü minlərlə insan yürüş keçirib

  • Amerikanın səsi

Rusiyada Milli Birlik Günü minlərlə insan yürüş keçirib

Rusiyada Milli Birlik Günü minlərlə insan yürüş keçirib

Bu gün Rusiyanın Milli Birlik Günü minlərlə insan mühacirlərin vətənlərinə qaytarılması tələbi ilə yürüş keçirib. 7 minə yaxın millətçi əllərində çar dövrünün bayraqları ilə “Rusiya ruslar üçündür” və “Bu gün miqrant, sabah işğalçı” kimi şüarlar səsləndirib.

Rəsmən icazə verilən aksiya Moskvadan kənarda təşkil edilib.

Rusiyada Milli Birlik Günü 2005-ci ildən, prezident ikən Vladimir Putin tərəfindən bayram elan edilib.1612-ci ildə Polşa işğalçılarının məğlubiyyəti münasibəti ilə təşkil edilən bayram Oktyabr inqilabı gününü əvəz edir.

Ötən həftə Rusiya məhkəməsi Şimali Qafqaz regionundan 6 müsəlmanı 5-lə 20 il arasında azadlıqdan məhrum edib. Onlar Spartak futbol komandasının azarkeşi Yeqor Sviridovun öldürülməsində ittiham edilirdi. Sviridovun öldürülməsi Rusiyanın bir sıra şəhərlərində qeyri-ruslar əleyhinə nümayişlərə səbəb olmuşdu.

XS
SM
MD
LG