Accessibility links

Rusiyada minlərlə insanın iştirakı ilə yürüşlər təşkil edilib

  • Amerikanın səsi

Rusiyada minlərlə insanın iştirakı ilə yürüşlər təşkil edilib

Rusiyada minlərlə insanın iştirakı ilə yürüşlər təşkil edilib

Bu gün Rusiyada minlərlə insanın iştirakı ilə yürüşlər təşkil edilib. Baş nazir Vladimir Putinin prezidentlik yarışlarının dəstəkləməsi məqsədi ilə aksiyalar Sankt Peterburq şəhərində 60 min adamın iştirakı ilə keçirilib. Lakin Putin və onun siyasətinə etiraz edənlər də olub. Associated Press-in bildirdiyinə görə, Putin əleyhinə olan iki nümayişçi həbs edilib. Nümayişlər Rusiyanın Nijni Novqorod, Stavropol, Vladivostok və Volqorard şəhərlərində də keçirilib. Rəy sorğuların görə, Vladimir Putin seçkilərin qalibi olacaq.

Putinin namizədliyinə etiraz olaraq Rusiyada genişmiqyaslı etiraz aksiyaları keçirilib. Onun əsas rəqibləri Kommunist partiyasının lideri Qennadi Zyuqanov, Ədalətli Rusiya partiyasının sədri Serget Mironov, millətçi Vladimir Jirinovski və milyarder Mixail Proxorovdur.

XS
SM
MD
LG