Accessibility links

Rusiyada daha bir müxalif fəal həbs edilib


Həbs olunan Leonid Razvozzayevin tərəfdarları onun Ukraynada oğurlandığını deyir

Prezident Vladimir Putinin müxaliflərinə qarşı sərt tədbirlər çərçivəsində Rusiya müstəntiqləri özünü təslim etdikdən sonra ikinci müxalifətçi fəalı həbs ediblər.

Rusiya Müstəntiqləri Komitəsinin bəyanatında deyilir ki, müxalifətdə olan Ədalətli Rusiya partiyasının müavininin köməkçisi Leonid Razvojjayev may ayında Moskvadakı iğtişaşlar da daxil olmaqla, Rusiyada kütləvi nümayişlərin təşkilində iştirak etdiyini etiraf edib.

Lakin fəalı dəstəkləyənlər onun qaçqın statusu almaq üçün səfər etdiyi Ukraynada oğurlandığını deyir. “LifeNews” veb səhifəsində yerləşdirilmiş video görüntüdə Razvojjayevin bazar günü həbs olunduqdan sonra müxbirlərə “işgəncəyə məruz qaldığı” və “Ukraynadan oğurlandığını” qışqıraraq dediyi nümayiş etdirilir.

Razvojjayev keçən həftə Sol Cəbhə Partiyasının lideri Sergey Udaltsova qarşı açılmış cinayət istintaqı çərçivəsində polis nəzarətində olan partiya üzvü Konstantin Lebedevdən sonra ikinci şübhəli qismində həbs olunub.

Eyni zamanda, qadınlardan ibarət anti-Kreml rok qrupu “Pussy Riot"un” məhkum olunmuş iki üzvünün vəkilinin dediyinə görə, o, Moskvadan çox uzaqda yerləşən həbs düşərgəsinə göndərilib.
XS
SM
MD
LG