Accessibility links

Rusiyada müxalifət seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçirib

  • Amerikanın səsi

Rusiyada müxalifət seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçirib

Rusiyada müxalifət seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçirib

Rusiyada müxalifət seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçirib. Polis 20 mindən artıq nümayişçi Kreml yaxınlığındakı aksiyaya qatıldığını bildirib. Lakin aksiya təşkilatçıları onların sayının 40 mindən artıq olduğunu iddia edir. Nümayişlərin başlanğıcı olan Xabarovsk şəhərində 20 adam həbs edilib.

Ötən bazar günü parlament seçkilərində baş nazir Vladimir Putinin Vahid Rusiya partiyasının qələbəsindən sonra keçirilən yürüş zorakılıqla dağıdılmışdı. Putinin mart ayında keçiriləcək seçkilər zamanı yenidən prezidentlik vəzifəsini qazanacağı gözlənilir.

Dünən Rusiya prezidenti Dmitri Medvedev parlament seçkiləri zamanı saxtakarlıqlara yol verildiyinə ittihamlarla bağlı araşdırma aparılmasına çağırıb.

Eyni zamanda Rusiyanın baş naziri Vladimir Putin Vaşinqtonu müxalifətə dəstək verməkdə ittiham edib. Putin deyib ki, ABŞ dövlət katibi Hillari Klintonun bəyanatları onun opponentlərinə işarədir. Klinton Ruisyanın parlament seçkilərinin azad və ədalətli keçmədiyini və onun nəticələrinin ciddi narahatlıqlara səbəb olduğunu bildirib.

XS
SM
MD
LG