Accessibility links

Rusiyada növbəti terror hücumu olub

  • Asgar Asgarov

Dağıstan Respublikasında baş verən iki intiharçı hücumu nəticəsində 12 nəfər həlak olmuşdur

Rusiya rəsmiləri bildirir ki, Dağıstan Respublikasında baş verən iki intiharçı hücumu nəticəsində 12 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Çərşənbə gününün partlayışları Dağıstanın Çeçenistanla sərhəd Kizlyar şəhərində baş verib. Dağıstanın daxili işlər naziri deyir ki, birinci intiharçı bombanı içərisində oturduğu maşın polislər tərəfindən saxlanılarkən detonasiya etmişdir. İkinci intiharçı isə polis uniformasında olub. Nazir xəbər verir ki, ölənlər arasında ən azı 9 polis işçisi var. Bazar ertəsi Moskva metrosunda baş verən iki intiharçı hücumları 39 adamın ölümünə səbəb olmuşdu. Rusiya baş naziri Vladimir Putin deyir ki, Moskva və Dağıstanda baş verən bomba hücumlarının arxasında yəqin ki, eyni qrup dayanır.

XS
SM
MD
LG