Accessibility links

Rusiyada parlament seçkiləri keçirilir


Bu gün Rusiyada parlament seçkiləri keçirilir. Bu seçki Krımın Rusiyaya ilhaqı ilə başlayan müddətdə Qərbin sanksiyaları və neftin qiymətinin düşməsi ilə iqtisadiyyatın böhran yaşadığı bir vaxta təsadüf edir.

Seçkidə 14 partiya iştirak edir. 2011-ci ildə keçirilmiş seçkidə hakim Vahid Rusiya Partiyası 450 yerdən 238 yer qazanmışdı. Kommunist Partiyası 92, “Ədalətli Rusiya” 64, Jirinovskinin Liberal Demokrat Partiyası 56 yerə sahibdir.

Seçkidə 14 partiya iştirak edir. 2011-ci ildə keçirilmiş seçkidə hakim Vahid Rusiya Partiyası 450 yerdən 238 yer qazanmışdı. Kommunist Partiyası 92, “Ədalətli Rusiya” 64, Jirinovskinin Liberal Demokrat Partiyası 56 yerə sahibdir.

Dünən ABŞ Krım üçün keçirilən Rusiya parlament seçkilərinin nəticələrini tanımayacağını bildirib.

"ABŞ sentyabrın 18-də Krım üçün planlaşdırılan Rusiya Duma seçkilərinin legitimliyini tanımır və nəticələrini də tanımayacaq" - deyə Dövlət Departamentinin sözçüsü Con Körbi açıqladığı bəyanatda bildirib.

Bəyanatda bir daha xatırladılır ki, Rusiya işğal etdiyi ərazini Ukraynaya qaytaranadək Moskvaya qarşı iqtisadi sanksiyalar qüvvədə qalacaq.

"Biz adamların itməsi, Krım tatarlarının vəziyyəti və başqa insan haqları pozuntuları da daxil yarımadadakı humanitar durumdan hələ də narahatıq” – bəyanatda deyilir.

Sentyabrın əvvəllərində Ukrayananın Ali Radası xarici dövlətləri Krım ərazisində keçiriləcək Duma seçkisinə müşahidəçilər göndərməməyə və seçki nəticələrini tanımamağa çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG