Accessibility links

Rusiya polisi hökumət əleyhinə etiraz aksiyasının qarşısını alarkən Qırmızı Meydan yaxınlığında 55 nümayişçini saxlayıb.

Fəallar demokratiya tərəfdarlarını meydan ətrafında gəzişməyə çağırmışdılar. Onlar Kremlə müxalifətin simvolu olaraq paltarlarına ağ bantlar taxıblar.

Polis meydana girişi bağlamış, yollara şlaqbaum düzmüş və aksiyanın baş tutmasına mane olmuşdur.

Rusiya müxalifəti Vladimir Putin hökumətinin toplaşma azadlığını pozduğunu deyir.

Vladimir Putinin yenidən prezident seçilməsinə etiraz əlaməti oalraq on minlərlə rus ötən aylarda izdihamlı nümayişlərə qatılıb.

XS
SM
MD
LG