Accessibility links

Rusiyada qocalar evində yanğın baş verib


Fövqəladə işlər üzrə rəsmilər yanğının bu gün səhər Vysni Voloçek şəhərindəki qocalar evində baş verdiyini bildiriblər

Rusiyanın fövqəladə işlər üzrə rəsmiləri Moskvanın şimalında, Tver regionunda qocalar evində baş verən yanğın zamanı doqquz nəfər yaşlının həlak olduğunu və azı bir nəfərin ağır yaralandığını bilidirib. Hadisənin yaşlı kişinin üzərinə neft tökərək özünü yandırması nəticəsində baş verdiyi ehtimal edilir. Rəsmilər kişinin yanıqlardan öldüyünü, səkkiz nəfərin isə tüstüdən boğulduğunu bildirib. Fövqəladə işlər üzrə rəsmilər yanğının bu gün səhər Vysni Voloçek şəhərindəki qocalar evində baş verdiyini bildiriblər. 500 nəfərə yaxın adam binadan evakuasiya edilib. Polis hal hazırda yanğının səbəbini araşdırır. Son illərdə Rusiyada təqaüdçülər evlərində bir sıra ölümcül yanğınlar baş verib. 2009-cu ilin yanvar ayında ucqar şimal-qərb respublikası Komidə qocalar evində baş verən yanğın nəticəsində 23 nəfər həlak olmuşdur. Çox sayda ölüm halları ilə nəticələnən dəhşətli yanğınlar Rusiyada nadir hal hesab edilimir. Bu növ hadisələr çox zaman diqqətsizlikdən və ya yanğınsöndürənlərin və avadanlığın çatışmazlığından doğur.

XS
SM
MD
LG