Accessibility links

Rusiya pravoslav kilsəsinin rəhbəri Patriarx Kiril bütün rusları ölkənin qərbində 30 adamın ölümünə bais olmuş və minlərlə evi dağıtmış yanğının söndürülməsi üçün Allahdan yağış diləməyə çağırıb. Patriarx Kiril bu ilin rekord isti temperaturu və quraqlıqla üzləşən Nijnı Novqorod şəhərinə səfəri zamanı ibadət etmişdir. İtar Tass xəbər agentliyi bildirir ki, yanğınlar əhalinin seyrək olduğu Uzaq Şərqdə böyük əraziləri bürümüş və ələlxüsus Kamçatka vilayətinə xeyli ziyan vurmuşdur. Moskvanın özü son 130 ildə temperatur barədə statistik məlumatlar toplanmağa başlanandan bəri ən isti temperaturu ilə üzləşir. Paytaxtı son bir neçə gündə qatı duman bürüyüb. Cənubda Voronej şəhərini meri hamının yağış gözlədiyini deyərək, yalnız bunun problemlərə əlac olacağını bildirir.

XS
SM
MD
LG