Accessibility links

Rusiyada təyyarə qəzası baş verib


Rusiyada təyyarə qəzası baş verib
Rusiyada təyyarə qəzası baş verib

Rusiya rəsmiləri deyirlər ki, şimaldakı Karelia Respublikasında baş verən təyyarə qəzası nəticəsində 44 adam ölmüş, başqa 8 nəfər yaralanmışdır.

Tərkində 52 adamın olduğu Tupolev 134 markalı təyyarə Petrozavodsk aeroportunda yerə enməyə çalışan zaman yaxınlıqdakı magistral yola dəyərək alovlanıb. Yaralananlar Petrozavodsk xəstəxanasına aparılıblar.

Rusiya xəbər agentlikləri qəzanın səbəbini pis hava şəraiti ilə izah edirlər, lakin insan xətası istisna edilmir. Qəza baş verən zaman qatı duman var idi.

XS
SM
MD
LG