Accessibility links

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəsmilərinin məlumatına görə, ölkədə vertolyot qəzasından sonra itkin düşən 16 nəfərin axtarışı davam edir.

Mi-8 vertolyotu dünən Rusiyanın şimal-qərbindəki Murmansk regionunda qəzaya uğrayaraq gölə düşüb. Rəsmilər indiyədək iki nəfəri xilas etməyə müvəffəq olub.

Vertolyotda regional hökumət rəsmiləri və iş adamları olub.

Fransa xəbər agentliyi vertolyotun gübrə hazırlayan Apatit şirkətinə məxsus olduğunu bildirib.

Rusiyada adi hala çevrilən aviasiya qəzalarına görə təyyarələrin köhnəlməsi və yaxşı təmir edilməməsi göstərilir.
XS
SM
MD
LG