Accessibility links

Rusiya rəsmiləri deyir ki, ölkənin şimalında Ruhi Xəstələr üçün Xəstəxanada baş vermiş yanğın nəticəsində ən azı 37 həlak olub. Bu, bu il Rusiyada baş verən ikinci belə hadisədir.

Novqorod regionunun rəsmiləri deyir ki, ölənlər arasında xəstələri yanğından xilas etməyə çalışan bir nəfər olub. Yanğın baş verən zaman binada təxminən 60 insanın olduğu və onların ən az iyirmisinin təhlükəsiz şəkildə evakuasiya edildiyi deyilir.

Məlumata görə yanğın bir xəstənin yatağında siqaret çəkməsi ilə başlayıb.

Rəsmiləri deyilir ki, yanğın taxta tikili olan bu binada çox sürətlə yayılmağa başlayıb. Xəstəxananın sakinlərinin hamısı kişilər olub.

Aprel ayında Moskva yaxınlığında oxşar xəstəxanada baş vermiş yanğın nəticəsində 38 nəfər ölmüşdü. İnsident belə binalarda təhlükəsizlik və fövqəladə vəziyyət çıxışları problemləri barədə suallar qaldırmışdı.
XS
SM
MD
LG