Accessibility links

Rusiyada yanğınlar səbəbi ilə ölənlərin sayı 48 nəfər təşkil edir


520 meşədə yanğınlar davam edir

Rusiyanın Fövqəadə Hallar Nazirliyinin bildirdiyinə görə, yanğınlar səbəbi ilə ölənlərin sayı hazırda 48 nəfər təşkil edir. Rusiya boyu 520 meşədə yanğınlar davam edir. Böhran Rusiya prezidenti Dmitri Medvedevi Soçi şəhərində keçirdiyi məzuniyyətini yarımçıq qoyaraq, fövqəladə yığıncaq üçün Moskvaya qayıtmağa vadar edib. Rusiyanın yanğınların güclü təsirinə məruz qalan Voronej regionunda yanğınsöndürənlərlə görüşən baş naziri Vladimir Putin vəziyyəti “gərgin və təhlükəli” adlandırıb. İsti hava və küləklər yanğınlara nəzarəti çətinləşdirir. Rusiya prezidenti Medvedev 7 regionda fövqəladə vəziyyət elan edib. Moskva sakinlərinə maska taxmaq barədə xəbərdarlıq verilib.

XS
SM
MD
LG