Accessibility links

Rusiya prezidenti Vladimir Putin yeni prezidentliyi dövründə ilk dəfə olaraq Avropa İttifaqının rəhbərlərini Rusiyada keçirilən zirvə görüşündə qarşılayır. Görüş zamanı bir sıra başqa məsələlərlə yanaşı Rusiyanın Suriyaya dair siyasəti də müzakirə ediləcək. Danışıqlara rəsmi olaraq bu gün start veriləcək.

Avropa İttifaqı və ABŞ Rusiyanın Suriya prezidenti Bəşar əl-Əsədə qarşı daha sərt çıxış etməsini istəyir. Avropa İttifaqının rəsmilərindən biri Rusiyanın Suriyadakı zorakılığı aradan qaldırmaq üçün siyasi həll yolu tapmaqda o qədər də fəal olmadığını deyib. Kreml rəsmiləri Suriya məsələsində yeganə çıxış yolunu bütün tərəflərin Kofi Annanın zorakılığın dərhal dayandırılması və sülh danışıqlarının başladılması planına riayət etməkdə gördüyünü deyir.

XS
SM
MD
LG