Accessibility links

Rusiyadakı yanğınlar səbəbindən ölənlərin sayı 30-a çatıb


Fövqəladə Hallar Nazirliyi yanğınların 14 regiona ciddi zədə vurduğunu bildirib

Artıq 30 nəfərə yaxın insanın ölümü ilə nəticələnən yanğınların qarşısının alınmasına yardım məqsədi ilə bu gün Rusiyanın mərkəz bölgələrinə əlavə hərbi qüvvə göndərilib. Fövqəladə Hallar Nazirliyi yanğınların bəzilərinin qarşısının alındığını, lakin 14 regiona ciddi zədə dəydiyini bildirib.

Ölkənin müdafiə naziri Anatoliy Serdyukov televiziya ilə keçirilən brifinq zamanı prezident Dmitri Medvedevə yanğının söndürülməsi üçün ordudan və texnikandan istifadə edildiyini deyib. Prezident 30-40 ildə bir dəfə baş verən təbii fəlakətlərin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin lazımi regional imkanlara malik olmadığını etiraf edib.

Moskva və digər regionlar son 130 ildə ən qızğın yay fəslini yaşayır.

XS
SM
MD
LG