Accessibility links

Rusiyanı ABŞ-ın İspaniya sahillərinə raket interseptorları gəmiləri yerləşdirməsi planı narahat edir

  • Amerikanın səsi

Rusiya Amerikanın İspaniya sahillərinə raket interseptorları gəmilərinin yerləşdirməsi planını qəbuledilməz və narahatedici adlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Amerika sistemin Rusiyanı hədəf almayacağına dair heç bir təzminat verməyib. Sənəddə sistemin Rusiyanın təhlükəsizliyinə hədə törətdiyi bildirilir.

Amerika NATO-nun ballistic raketlərdən müdafiə sisteminin bir hissəsi olaraq gəmiləri İspaniya sahillərinə yerləşdirməyi planlaşdırır. Məqsəd NATO-ya üzv Avropa ölkələri və Amerikanın İran kimi ölkələrin raket hücumlarından müdafiə etməkdir.

Rumıniya, Polşa və Türkiyə ABŞ-ın Avropada raketlərdən müdafiə sisteminə qoşulmaq arzusunda olduqlarını bildirib.

XS
SM
MD
LG