Accessibility links

Rusiyanın Balkan strategiyası [Təhlil]


Rusiyanın Balkan strategiyası [Təhlil]
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Rusiyanın Balkan strategiyası [Təhlil]

Müşahidəçi deyir ki, Rusiya propaqandası, QHT-lər və mədəni qurumları özlərinə Balkan yarımadasında, Makedoniyada, Serbiyada, Monteneqro və Albaniyada ciddi yer edə biliblər. Balkan ölkələrinin çoxu NATO və Avropa Birliyinə qoşulmağa həvəsli olsa da, Rusiyanın şaxtalara, hotellərə, istehsal sahəsinə və mediaya təsiri sayəsində Moskvanın regionda təsiri artmaqdadır.

Hitə çevrilən yeni mahnıda Rusiya prezidenti Vladimir Putinin Makedoniyaya gəlişi və ölkəni Avropa Birliyi, NATO və ABŞ-dan xilas etməsı xahiş olunur. Mahnı Makedoniyanın spn parlament seçkiləri kampaniyasında əsas hitə çevrilib və mahnını hər an yerli radio stansiyalarında, eləcə də social şəbəkələrdə eşitmək mümkündür.

Vaşinqtonda yerləşən Avropa Siyasəti və Təhlili Mərkəzindən Canusz Buqajski deyir ki, Rusiya və Qərbin Balkanlara dair tam fərqli strategiyası var: "Avropa Birliyi və NATO liderləri hər bir ölkənin nəhayətdə, onlar şərqlərə əməl etdikdə bu qurumlara daxil olmasını istəyir. Rusiya isə əks mövqedədir. Moskva istəyir ki, onları NATO və AB-dən uzaq tutsun".

Buqajskinin sözlərinə görə, hətta Rusiya Balkan ölkələrini Moskvanın nəzarətində olan Avrasiya İqtisadi Birliyi kimi təşkilatlara daxil edə bilməsə də, istəyir ki, NATO və AB-nin genişlənməsinin qarşısını almaq üçün onlar neytral qalsın.

ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Pol Qobl bunun razılaşır. Skype-la danışan cənab Qobl deyib ki, Moskva Balkanların düşüncəni dəyişmək üçün əlində gələni edir.

"Ancaq fikrimcə Moskvanın Balkan xalqlarının indiyədək müəyyən etdiyi fundamental istiqaməti dəyişmək səyləri uğursuzluğa düçar olub. Mən bu barədə başqaları kimi o qədər də narahat deyiləm".

Cənab Qobl deyir ki, Avropanın hazırki mühacir böhranı Balkanların inteqrasiya səylərini ləngidir. O, əlavə edir ki, Avropanın hazırda özünün o qədər problemi var ki, yeni üzvlərin inteqrasiyası onlara daha çətin olar.

"İddialar var idi ki, qaçqınların Avropaya axışmasının səbəblərində biri Moskvanın Avropa Birliyinin zəifləməsi üçün qaçqınların Avropaya axınını mümkün qədər təbliğ etməyə çalışmasıdır. O bununla da Balkanlarda və eləcə də Şərqi Avropada özünün daha yaxşı mövqeyə malik olmasına nail olub" - deyə Pol Qobl bildirib .

Rəy sorğuları göstərir ki, Rusiyanın Balkan yarımadasında təsiri artmaqdadır. Serbiyada keçirilən bir sorğuya görə, respondentlərin 72 faizi Rusiya və onun institutlarının tərəfdarıdır.

XS
SM
MD
LG