Accessibility links

Rusiyanın Dağlıq Qarabağda sülh çağırışlarının arxasında nə dayanır? [Təhlil]


Rusiya Azərbaycana qarşı informasiya müharibəsini necə apardı?

Rusiya, İran və Azərbaycanın prezidentiləri - Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev yaxın günlərdə Bakıda təhlükəsizlik danışıqları keçirməyi planlaşdırır.

Görüşdə nələrin müzakirə olanacağı ilə bağlı hələlik ətraflı məlumat verilməsə də, Rusiya xarici işlər naziri Sergey Lavrov keçən həftə Bakıda keçiridiyi görüşdə deyib ki, görüşün əsas gündəmi terrorçular üçün qaçaqmalçılıq dəhlizinə çevrilən Xəzər Dənizi regionunda təhlükəsizlik əməkdaşlığından ibarət olacaq.

Putin-Ruhani-Əliyev sammitinin keçiriləcəyi Dağlıq Qarabağda baş verən son silahlı qarşıdurmalardan dərhal sonra bəyan olunub.

Moskva və Tehran bir-birini atəşkəsi pozmaqda ittiham edən Ermənistan və Azərbaycan arasında danışıqlara vasitəçilik edir. Yeni atəşkəs razılığı ötən həftə ABŞ dövlət katibi Con Kerri Lavrovla telefonla danışandan sonra əldə edilib.

Moskva üçün Azərbaycan “Hədiyyə”, Ermənistan isə “Vasitə”dir

Son 20 ilin ən zorakı atəşkəs pozuntusu kimi qiymətləndirilən son qarşıdurmalar zamanı Associated Press-in məlumatına görə ən azı 64 nəfər həlak olub.

Minsk qrupu danışıqlarında heç bir hərəkətin olmamasının başlıca səbəbi Moskvadır.

1994-cü ildə atəşkəs əldə olunandan bəri Rusiya ATƏT-in Minsk qrupunun əsas oyunçularından olub. “Minsk qrupunun bu illər ərzində çox kiçik irəliləyişə nail olub və qrupun formatı tədricən təcrid olunur, ən azı Moskvanın təxribat səylərinə görə” – deyə Rusiya üzrə ekspert Pol Qobl bildirib. Cənab Qobl ABŞ Dövlət Departamentində Sovet millətləri məsələləri və Baltik əlaqələri üzrə xüsusi müşavir olub.

“Minsk qrupu danışıqlarında heç bir hərəkətin olmamasının başlıca səbəbi Moskvadır," Qobl bildirib. Onun fikrincə münaqişəni bu vəziyyətdə saxlamaq Rusiyanın maraqlarına xidmət edir.

“Mən şübhə etmirəm ki, Moskva üçün Azərbaycan hədiyyədir, Ermənistan isə buna nail olmaq üçün vasitə,” deyən cənab Qobl əlavə edir ki, Azərbaycanın geo-siyasi mövqeyi və zəngin neft yataqları Kremli maraqlandıran başlıca məsələlərdir.

Media müharibəsində İŞİD kartı da oynanılıb

Rusiyaya məxsus LifeNews televiziyası aprelin 4-də əldə edilmiş atəşkəsdən öncə proqram yayımlayaraq Azərbaycan qüvvələrinin Dağlıq Qarabağda döyüşlər zamanı İŞİD döyüşçülərindən istifadə etdiyini iddia edib. Xəbərdə deyilir ki, İŞİD-in tərkibində döyüşən azərbaycanlılar Suriyadan Türkiyəyə keçərək Azərbaycan gəlib və ermənilərə qarşı döyüşlərə qoşulub.

Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları rədd edərək aprelin 5-də LifeNews-un məlumatını Kreml mediası tərəfindən sabotaj adlandırıb. Nazirlik əlavə edib ki, Azərbaycan ərazisinə daxil olmağa çalışan hər hansı terror qruplaşmasının üzvü dərhal həbs edilərək məsuliyyətə cəlb olunar.

Bu TV reportajdan sonra LifeNews-un Azərbaycandası əməkdaşları ölkədən deportasiya olunub. Azərbaycan Xarici İşlər Nazirliyi əməkdaşların ölkədə akkreditasiya almadan fəaliyyət göstərdiyini, yalan məlumat yaydığını və provokasiyaya yol açdığını bildirib.

Pew Araşdırmalar Mərkəzinin 2013-cü il sorğusu göstərir ki, 90 faizindən çoxu müsəlman olan Azərbaycan əhalisi bütün dünyada Şəriət qanunlarını ən az dəstəkləyən müsəlman xalqıdır.

Nyu-Yorkda qərargahlanan Soufan Qrupu isə bildirir ki, İŞİD-in tərkibinə Azərbaycandan 216 nəfər qoşulub ki, onların da 49-u sonrada geri qayıdıb. Bu 49 nəfərdən 40 Azərbaycan hüquq-mühafizəçiləri tərəfindən həbs edilib.

Bir neçə ay əvvəl İnternetdə yerləşdirilən postda isə Azərbaycandan olan İŞİD döyüşçüsü olduğu ehtimal edilən şəxs Azərbaycan hökumətini müsəlman dininin adətlərinə əməl olunmasına icazə verməməkdə ittiham edib. “Biz Azərbaycanda tənqid edilirik. Bu gəlməyimizin səbəbi var. Orada təzyiqlərə məruz qalırıq və insan kimi qəbul edilmirik. Media bizim əleyhimizə danışır və bizi Vəhhabi adlandırır. Polis saqqalımızı qırxır. Biz bunlara görə Suriyaya gəlməyə qərar vermişik” – deyə o bildirib.

Azərbaycan hökuməti tez-tez dini fəallara qarşı sərt fəaliyyətlərinə görə tənqid edilir. Azərbaycanda dini ekstremizmə tolerantlıq yoxdur.

“Azərbaycan hökuməti tez-tez dini fəallara qarşı sərt fəaliyyətlərinə görə tənqid edilir. Azərbaycanda dini ekstremizmə tolerantlıq yoxdur,” deyə Rusiyanın tanınmış jurnalisti, Kavpolit (Qafqaz siyasəti) xəbər agentliyinin baş redaktoru Maksim Şevçenko bildirib.

LifeNews TV komandası Azərbaycandan deportasiya olunandan sonra telekanalın təsisçisi və sahibi erməni əsilli rus Aram Qabrielyanov Azərbaycan hökumətini sərt tənqid edib.

Rusiyada böyüyən media imperiyasının başında olan Qabrielyanov Rusiya hökuməti ilə əlaqələrini rədd etsə də, onun Rusiya prezidenti Vladimir Putinə sadiqliyi sirr deyil. O bir neçə müsahibədə Putini “Papa Natsii” – xalqın atası adlandırıb.

Show comments

XS
SM
MD
LG