Accessibility links

Rusiyanın Suriyada təxminən 3 həftə əvvəl başlayan hava hücumları nəticəsində 400-ə yaxın insan həlak olub və onların da təxminən üçdə biri mülki vətəndaşlardır.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, Rusiyanın son 3 həftə ərzində həyata keçirdiyi yüzlərlə hava hücumu 370 nəfərin həyatına son qoyub. Onlardan 243-ü İŞİD və Nüsrə Cəbhəsi yaraqlıları, 127-si isə mülki vətəndaş olub.

Qrup bildirib ki, öldürülən mülki vətəndaşlardan 36-sı uşaq, 34-ü isə qadındır.

Rusiya üsyançıların nəzarətində olan Lakatiya vilayətinin Cəbəl Əl-Akrad regionunu hədəf alıb. Hücum nəticəsində üsyançı komandir Bazel Zimmo da daxil olmaqla 45 nəfər həlak olub. Suriya fəallarının daha bir təşkilatı olan Müşahidə və Yerli Koordinasiya Komitələri qrupunun bildirdiyinə görə, Zimmo əvvəllər Suriya prezidenti Bəşar Əl-Əsədin ordusunda xidmət edib.

Hücumlar nəticəsində yüzlərlə insan yalanıb. Bu, Rusiyanın sentyabrın 30-da kampaniyanı başlamasından bəri həyata keçirilən ən qanlı hücumdur.

Rusiya İŞİD və başqa terrorçu qrupları hədəf aldığını bildirsə də, Suriyadakı üsyançılar və onların tərəfdarları Moskvanı Əsəd rejimini qorumaq üçün mötədil islamçı üsyançıları hədəf almaqda ittiham edir.

XS
SM
MD
LG