Accessibility links

İdman Arbitraj Məhkəməsi Rusiyanın yüngül atletletika üzrə idmançıların dopinq qalmaqalından dolayı Braziliyada keçiriləcək 2016-cı il Olimpiya oyunlarından məhrum edilməsi üzrə apellyasiya şikayətini rədd edib.

Məhkəmənin baş katibi Metyu Rib İsveçrənin Lozanna şəhərində yerləşən Arbitraj Məhkəməsinin qarşısında apellyasiya şikayətinin təmin edilmədiyini açıqlayıb.

Rəsmi Kreml qərardan dərin təəssüfləndiyini bildirib.

Rusiyanın İdman naziri Vitali Mutko hökmlə bağlı “hüquqi əsasın” olmadığını deyib.

Dünya Anti-Dopinq Təşkilatı az əvvəl Rusiya idmançılarının 2014-cü il Soçi Olimpiya oyunlarında dopinqdən geniş istifadə etdiklərinə dair müstəqil hesabat yayıb.

Rusiyalı yüngül atletika üzrə idmançıların Yay Olimpiya oyunlarında iştirakına qadağa qoyulub.

Beynəlxalq Olimpiya Komitəsi bazar günü Rusiyanın bütün idman komandalarının gələn ay keçiriləcək Olimpiya oyunlarından uzaqlaşdırılmasını müzakirə edəcək.

XS
SM
MD
LG