Accessibility links

Rusiyanın Ukrayna haqda yalanları


Rusiyanın Ukrayna haqda yalanları
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Rusiyanın Ukrayna haqda yalanları

ABŞ hökumətinin nəzərini əks etdirən baş məqalə

ABŞ-ın BMT-dəki səfiri bildirib ki, Rusiya Ukraynada döyüşən separatçıları silahlandırdığı, onları təchizatla təmin etdiyi və hazırda onlara qoşulduğunu rədd etməyə davam edir. ABŞ Rusiyanı yalanlara və münaqişəni qızışdırmağa son qoymağa çağırır.

BMT-nin Təhlükəsizlik Şurası Ukraynada böhranla bağlı bu yaxınlarda 24-cü sessiyasını keçirib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Paerin dediyi kimi, “bu sessiyaların hər birində Ukraynada aqressiv hərəkətlərə son qoyması üçün Rusiyaya birbaşa birgə mesaj göndərilib, lakin Rusiya bunu dinləmir.”

Samanta Pauer: “Beynəlxalq ictimaiyyətin tələblərini dinləmək və beynəlxalq qaydalara əməl etmək əvəzinə Rusiya hər dəfə Təhlükəsizlik Şurasına gəlib həqiqətəndən başqa hər şey söləyib. Rusiya manipulyasiya edib, məsələni qarışdırıb, yalan söyləyib. Amma biz Rusiyaya dediklərinə görə deyil, hərəkətlərinə görə qiymət verməyi öyrənmişik.”

Səfir Pauer deyib ki, Rusiya prezidentinin Ukrayna prezidenti Poroşenko ilə görüşdüyü və qantökməyə son qoyulmasına ehtiyacdan danışdığı gün Rusiya silahlı birləşmələrinin Ukrayna ərazisində Donetskdən cənub-şərqdə peyk vasitəsilə alınmış görüntüləri yayılıb, Luqanskda isə rus əsgərləri saxlanıb.

“Buna cavab olaraq Rusiya əsgərlərin Ukrayna ərazisinə səhvən düşdüyünü iddia edib. Bu da dünyada ən yaxından müşahidə edilən sərhəd boyu gedən münaqişə dövrü baş verib.”

“Bu arada, Rusiya əsgərlərinin ailələri Ukraynada döyüşdə həlak olan əzizlərinin dəfn mərasimlərini keçirir”-deyə səfir Pauer bildirib.

“Amma Rusiya hökuməti hələ də əsgərlərin orada olmadığını iddia edir. Onlar Rusiya bu əsgərlərin heç vaxt Krımı işğal etmədiyini deyənə qədər Krımda da yox idilər”-deyə səfir Pauer qeyd edib.

Onun sözlərinə görə, “bu son hərəkətlər Rusiyanın fəaəliyyətinin əsl mahiyyətini göstərir, bu isə bilərəkdən başqa bir suveren ölkədə qeyri-qanuni separatçılara dəstək və onlarla bərabər döyüşməkdən ibarətdir.”

Səfir Samanta Pauer əlavə edib ki, Birləşmiş Ştatlar və onun tərəfdaşları “Rusiyanın münaqişəni qızışdırması deyil,gərginliyi azaltması üçün” məqsədyünlü şəkildə təzyiqi davam etdirəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG