Accessibility links

Rusiyanın atom sualtı qayığında baş verən yanğın söndürülüb

  • Amerikanın səsi

Rusiyanın atom sualtı qayığında baş verən yanğın söndürülüb

Rusiyanın atom sualtı qayığında baş verən yanğın söndürülüb

Rusiya rəsmiləri ölkənin şimal sahilinə yan alan sualtı atom hərbi gəmisində baş verən yanğının nəhayət söndürüldüyünü, yanğın zamanı radiasiya sızmasının müşahidə edilmədiyini bildirirlər. Rəsmilər Yekaterinburq sualtı qayığında temperatur və karbon dioksidin səviyyəsini yoxlayan heyətin təhlükədə olmadığını deyir.

Dünən baş verən yanğın zamanı yanğınsöndürənlər də daxil edilməklə, tüstüdən zərər çəkən 7 nəfərin xəstəxanaya çatdırıldığı xəbər verilir.

Yanğının sualtı qayığın təmir işləri aparmaq üçün Murmansk regionundakı limanda saxlandığı vaxt baş verdiyi, yanğına səbəbinin isə sahildəki taxtaların yanması və alovun gəmiyə doğru irəliləməsi olduğu deyilir.

XS
SM
MD
LG