Accessibility links

Rusiyada meşə yanğınları Kursk nüvə elektrik stansiyasının yerləşdiyi Bryansk regionunda davam edir


Rusiyada meşə yanğınları Kursk nüvə elektrik stansiyasının yerləşdiyi Bryansk regionunda davam edir

Rusiyada meşə yanğınları Kursk nüvə elektrik stansiyasının yerləşdiyi Bryansk regionunda davam edir

Rəsmilər ehtiyat edirlər ki, yanğın nəticəsində meşədəki radioaktiv zərrəciklər havaya qarışsın

Rusiyada meşə yanğınları Kursk nüvə elektrik stansiyasının yerləşdiyi Bryansk regionunda davam edir. Rusiya rəsmiləri bildirib ki, 1986-cı ildə Çernobl nüvə fəlakti nəticəsində çirklənmiş Ukrayna yaxınlığındakı Bryansk regionunun meşəsində dəhşətli yanğın qeydə alınıb. Rusiya dövlət meşə mühafizə xidmətinin sözcüsü Roslesozaşita İnterfaks xəbər agentliyinə bu gün deyib ki, bu ərazidə avqustun 6-sı 28 yanğın müşahidə edilib. Rəsmilər ehtiyat edirlər ki, yanğın nəticəsində meşədə basdırılmış radioaktiv zərrəciklər havaya qarışsın.

Kursk nüvə elektrik stansiyasının yerləşdiyi Bryansk regionunda bu həftə azı altı meşə yanğını söndürülüb. Rəsmilər bildirib ki, bölgədə yanğın söndürən briqadaların sayı çoxaldırılıb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, bu gün mütəxəssislər radiasiya səviyəsinin artmasını hələki müşahidə etməyiblər. 25 000 meşə yanğınından sonra rusların bəziləri günahın bir hissəsini Kremlin siyasətində və yalnış idarə etmədə görürlər.

Bu arada Moskva tüstüdən azad olub. Dünən əsən külək meşə yanğınından törəyən öskürdücü, zəhərli tüstünü paytaxtdan uzaqlaşdırıb. Hava məlumat məntəqəsi tüstünün sabah geri qayıda biləcəyini proqnozlaşdıraraq bildirib ki, istilik davam edərək həftənin sonuna qədər 34 dərəcəyə çatacaq.

XS
SM
MD
LG