Accessibility links

Avropalılar Rusiyanın Dünya Ticarət Təşkilatına girişini təsdiqlədilər


Avropalılar Rusiyanın Dünya Ticarət Təşkilatına girişini təsdiqlədilər

Avropalılar Rusiyanın Dünya Ticarət Təşkilatına girişini təsdiqlədilər

Rusiya 1993-cü ildə Dünya Ticarət Təşkilatına üzvlük üçün müraciət etmişdi

Avropa İttifaqı Rusiyanın Dünya Ticarət Təşkilatına girişini təsdiqləyib. Beləliklə Moskva ticarət qurumuna uzvlüyə bir addım da yaxınlaşır. Rusiyanın iqtisadiyyat naziri Elvira Nabiulina və Avropa İttifaqının ticarət müvəkkili Karel de Quxt bu gün açıq qalan ikitərəfli məsələləri həll etmək üçün razılığı imzalayıblar. Bu məsələlər Avropa İttifaqının Rusiyanı təşkilata daxil etməyinə maneə törədirdi. Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso imzalama prosesini mərhələ adlandırıb. Dünya Ticarət Təşkilatından və Avropa İttifaqından kənarda ən böyük iqtisadiyyata malik olan Rusiya 1993-cü ildə Dünya Ticarət Təşkilatına üzvlük üçün müraciət etmişdi. Moskva ticarət təşkilatına daxil olmağa dair sonuncu şərtləri müzakirə etməlidir. Lakin Barroso Rusiyanın 2011-ci ildə Dünya Ticarət Təşkilatına üzv olması perspektivini real adlandırıb.

XS
SM
MD
LG