Accessibility links

Rusiyanın Şimali Qafqaz regionunda bomba hücumları və atışmalar olub

  • Amerikanın səsi

Rusiyanın Şimali Qafqaz regionunda bomba hücumları və atışmalar olub

Rusiyanın Şimali Qafqaz regionunda bomba hücumları və atışmalar olub

Rusiyanın Şimali Qafqaz regionunda bomba hücumları və atışmalar nəticəsində 4 adam həlak olub. Kasavyurt şəhərində bomba partlayışı zamanı Federal Təhlükəsizlik Xidmətinin bir zabiti öldürülüb. Onunla bərabər olan 3 qadın ailə üzvü xəsarət alıb. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Kabardino-Balkariyada naməlum silahlı şəxslərin hücumu zamanı yüksək rütbəli polis zabiti öldürülüb. İnğuşetiyanın paytaxtı Nazranda bomba hücumu iki adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG