Accessibility links

Rusiyanın Mars peyki missiyası iflasa uğrayıb

  • Amerikanın səsi

Rusiyanın Mars peyki missiyası iflasa uğrayıb

Rusiyanın Mars peyki missiyası iflasa uğrayıb

Rusiya fəza agentliyindəki mənbə bildirir ki, Marsa səyahət edən pilotsuz missiyanı xilas etmək şansları çox zəifdir.


Dünən gecədən bəri Yerin aşağı orbitində ilişib qalmış fəza gəmisi ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib.


Gəmi ilə NASA və Avropa Fəza Agenltiyinin kompüterləri vasitəsilə əlaqə saxlanılmasına çalışılacaq.


Fobos-Grant adlı prob səmaya qalxdıqdan bir neçə dəqiqə sonra iflasa uğrayıb. Onun mənzili Marsın peyki olan Fobos idi.


165 milyon dollarlıq fəza gəmisi, problem həll edilmədiyi təqdirdə, bir neçə həftəyə Yer kürəsinə çırpıla bilər.

XS
SM
MD
LG