Accessibility links

Rusiyanın mərkəz bölgələrində baş verən yanğınlar səbəbi ilə 20 nəfər ölüb


Ən güclü yanğınların Moskvadan 480 km məsafədəki Voronej şəhəri ətrafında baş verdiyi bildirilir

Rusiya rəsmiləri ölkənin mərkəzində baş verən yanğınlar səbəbindən azı 20 nəfərin öldüyünü bildirirlər. Fövqəladə Hallar rəsmiləri bu gün 860 kvadrat km sahənin yanması və minlərlə insanın evakuasiya edilməsinin havanın çox isti keçməsi səbəbindən olduğunu bildirmişlər.

Rəsmilər ən güclü yanğınların Moskvadan 480 km məsafədəki Voronej şəhəri ətrafında baş verdiyini və nəticədə xəstəxanalardakı 900 nəfərin evakuasiya edildiyini deyirlər. Voronej ətrafındakı yanğınlar zamanı biri yanğınsöndürən daxil edilməklə, 5 nəfərin öldüyü bildirilir.

XS
SM
MD
LG