Accessibility links

Rusiyanın müxalifət fəallarına qarşı təzyiqlər artıb


Rusiyanın müxalifət fəalı Sergey Udaltsov polisin tələblərinə cavab vermədiyinə görə 10 sutka azadlıqdan məhrum edildikdən sonra aclıq tətilinə başlayıb.

Udaltsov Rusiyanın Sol Cəbhə hərəkatının lideridir.

Başqa Rusiya partiyasının rəhbəri Eduard Limonova qarşı cinayət işi qaldırılıb. Limonov mart ayının 5-də Lybyankada keçirilən icazəsiz mitinqə gedərkən həbs edilib.

Bloqer Aleksey Navalnıy Puşkin meydanında təşkil edilən aksiya zamanı qanun pozduğuna görə, 1000 rubl məbləğində cərimə ödəməlidir.

Washington Post qəzeti Rusiyanın hüquq-mühafizə orqanlarının fəallara qarşı təzyiqləri artırdığını yazır. Rusiyadakı vəziyyəti şərh edən qəzet bildirir ki, “2012-ci il prezident kampaniyasının tolerantlığı sona çatıb”.

XS
SM
MD
LG