Accessibility links

Rusiyanın nümayəndə heyəti Yəmənin paytaxtı Sanadadır

  • Amerikanın səsi

Rusiyanın nümayəndə heyəti Yəmənin paytaxtı Sanadadır

Rusiyanın nümayəndə heyəti Yəmənin paytaxtı Sanadadır

Rusiyanın nümayəndə heyəti prezident Əli Abdulla Salehin hakimiyyətdən gedişi prosesinin yüngülləşdirilməsi məqsədi ilə razılıq əldə edilməsinə yardım üçün Yəmənin paytaxtı Sanadadır. Yəmən mətbuatının bildirdiyinə görə, nümayəndə heyəti hökumət rəsmiləri və müxalifətlə Körfəz Əməkdaşlıq Şurasının planının müzakirəsi məqsədi ilə görüş keçirməlidir. Plan Yəmən prezidentinin 30 gün ərzində istefasını nəzərdə tutur. Bundan əlavə müxalifətin də daxil olduğu birlik hökumətinin təsisi və iki aydan sonra prezident seçkilərinin keçirilməsi planlaşdırırlır. Lakin müxalifətlə Saleh arasında planla bağlı razılıq əldə edilməyib. Saleh prezidentlikdən deyil, hakim Xalq Konqresi partiyasının sədrliyindən istefa verəcəyini bildirib.

XS
SM
MD
LG